Əziz sifarişçilər! Şirkətimiz sizlərə ən müasir avadanlıqlar vasitəsi ilə yüksək keyfiyyətli materiallardan hazırlanmış müxtəlif formalı ştamplar təklif edir. Bütün ştampların yüksək standartlara cavab verməsi qarşımıza qoyduğumuz əsas vəzifələrdəndir. Bizim üçün ən vacib olan sizin vasitənizlə gələcəkdə yeni-yeni sifarişçilər qazanmaqdır.
Ştamp formasını seçmək üçün NÜMUNƏNİN üzərinə vurun. Açılan formalardan birini özünüz üçün seçin. Nümunədə müxtəlif formalı eskizlər əks olunub. Həmin ölçülərə uyğun, ancaq məzmunu dəyişməklə ştamplar sifariş vermək olar. Bundan başqa, istənilən formalı ştampa, yer olduğu təqdirdə, loqo artırmaq olar. Loqonun forması sifarişçi tərəfindən ştampın sifarişi zamanı verilir, bizim dizaynerlər tərəfindən isə müvafiq proqramlarda işlənərək, ştampın üzərinə əlavə olunur. Loqo barədə dizaynerlərimiz fəaliyyət göstərdiyiniz sahəyə uyğun olaraq, sizə lazımi tövsiyələr verə bilərlər. Bununla bağlı, əlaqə saxlamağınız və ya ofisimizə gəlməyiniz xahiş olunur.
Əgər sizin ştamplarınız korlanıbsa, hər hansı bir səbəbdən zədələnibsə, üzərindəki yazılar yaxşı oxunmursa, bu zaman həmin ştampın əsasında, eyni formada yeni ştamp hazırlayıb təhvil verə bilərik.
Əziz müştərilər! Ofis daxilində çoxlu miqdarda sənədləri imzalamaq tələb olunursa, bu zaman vaxtınıza və enerjinizə qənaət etmək üçün imza-ştamp, yəni faksimil köməyinizə gələcək. Dizaynerlərimiz sizin imzanızı ən yüksək dəqiqliklə işləyib-hazırlayacaq və təhvil verəcəklər. Bunun üçün şəxsiyyət vəsiqəsi və faksimilin hazırlanması üçün ərizə təqdim etməlisiniz.
Ştamplarımız əfsanəvi TRODAT, GRM və digər məşhur firmaların ən keyfiyyətli qablarının üzərinə həkk olunur. Qablardan 4910, 4911, 4912, 4913, 4924, 4928 ştamplar üçün geniş istifadə olunan qablardır. Daha geniş seçimlərlə ofisimizdə tanış ola bilərsiniz.
Həkimlər nümunədəki formaya uyğun ştamp sifariş edərkən, diplom və şəxsiyyət vəsiqəsini, ixtisas barədə müvafiq vəsiqəni və iş yerindən arayışı təqdim etməlidirlər.
Sağdakı xanaya müvafiq məlumatları daxil etməklə, sizi maraqlandıran istənilən sualı bizə göndərə bilərsiniz. Eləcə də "ƏLAQƏ" bölməsinə daxil olub, oradakı əlaqə vasitələrimizdən istifadə etməklə bizə müraciət edə bilərsiniz.
Möhür və ştamplarla bərabər, ciddi hesabat blanklarının - qaimə-faktura, mədaxil qəbzi, kassa mədaxil orderi, vəkalətnamə, eləcə də firma blanklarının çapı ilə məşğul olan şirkətimiz, bu sahədə problemlərinizi həll edəcəkdir.