Trodat

MÖHÜRLƏR

Əziz sifarişçilər! Şirkətimiz sizlərə ən müasir avadanlıqlar vasitəsi ilə yüksək keyfiyyətli materiallardan hazırlanmış müxtəlif formalı möhürlər təklif edir. Bütün möhürlərin yüksək standartlara cavab verməsi qarşımıza qoyduğumuz əsas vəzifələrdəndir. Bizim üçün ən vacib olan sizin vasitənizlə gələcəkdə yeni-yeni sifarişçilər qazanmaqdır.

Möhür formasını seçmək üçün NÜMUNƏNİN üzərinə vurun. Açılan formalardan birini özünüz üçün seçin. Nümunədə müxtəlif formalı eskizlər əks olunub. Orada həm MMC, həm nümayəndəlik, həm həkim, həm də fiziki şəxslər (fərdi sahibkarlar) üçün nümunələr verilib. MMC nümunəsində ASC, nümayəndəlik nümunəsində filial üçün, həkim nümunəsində isə auditor, vəkil üçün, sözləri dəyişməklə, möhürlər hazırlana bilər. Bundan başqa, istənilən formalı möhürə, yer olduğu təqdirdə, loqo artırmaq olar. Loqonun forması sifarişçi tərəfindən verilir, bizim dizaynerlər tərəfindən isə müvafiq proqramlarda işlənərək, möhürün üzərinə əlavə olunur. Loqo barədə dizaynerlərimiz fəaliyyət göstərdiyiniz sahəyə uyğun olaraq, sizə lazımi tövsiyələr verə bilərlər. Bununla bağlı, əlaqə saxlamağınız və ya ofisimizə gəlməyiniz xahiş olunur.

Əgər sizin möhürləriniz korlanıbsa, hər hansı bir səbəbdən zədələnibsə, üzərindəki yazılar yaxşı oxunmursa, bu zaman həmin möhürünüzün əsasında, eyni formada yeni möhür hazırlayıb təhvil verə bilərik.

Möhürlərimiz əfsanəvi TRODAT, GRM və digər məşhur firmaların ən keyfiyyətli qablarının üzərinə həkk olunur. Trodat 4924, Trodat 46040, GRM 46040, cib üçün nəzərdə tutulan GRMR40 daha çox istifadə olunan qablardır. Daha geniş seçimlərlə ofisimizdə tanış ola bilərsiniz.

MMC, ASC, nümayəndəlik və filial üçün möhür sifariş edərkən, dövlət reyestrindən çıxarışı, nizamnaməni, təsisçinin şəxsiyyət vəsiqəsinin surətini bizə təqdim etməlisiniz. Bu sənədləri möhürü sifariş edərkən deyil, hazır möhürü götürən zaman da təqdim etmək olar. Sənədləri yerindəcə yoxlayıb, surətini çıxarıb götürdükdən sonra sizə qaytaracağıq. Möhürü təhvil alan şəxsin müvafiq səlahiyyəti olmalıdır.

Həkimlər nümunədəki formaya uyğun möhür sifariş edərkən, diplom və şəxsiyyət vəsiqəsini, fiziki şəxslər VÖEN və şəxsiyyət vəsiqəsini, vəkil, auditorlar isə diplom, şəhadətnamə (lisenziya) və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Həkimlər öz ixtisaslarını və işlədikləri yeri də göstərmək istədikdə, ixtisas barədə müvafiq vəsiqəni və iş yerindən arayışı təqdim edilən sənədlərə əlavə etməlidirlər.

Dövlət orqanları üçün möhürlər həmin orqanın müvafiq sənədləri, səlahiyyətli şəxsin məktubu əsasında hazırlanır. Ətraflı məlumat üçün ofisimizə müraciət edin.

Möhür işində bizə müraciət edin, yekunda əmin olacaqsınız ki, ən doğru seçim etmisiniz. Çünki möhür eskizlərini keyfiyyətsiz və qısaömürlü maddələr üzərində deyil, uzunömürlü rezinlər üzərində hazırlayırıq. Sağdakı xanaya müvafiq məlumatları daxil etməklə, sizi maraqlandıran istənilən sualı bizə göndərə bilərsiniz. Eləcə də "ƏLAQƏ" bölməsinə daxil olub, oradakı əlaqə vasitələrimizdən istifadə etməklə bizə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, möhürdən başqa, ciddi hesabat blanklarının - qaimə-faktura, mədaxil qəbzi, kassa mədaxil orderi, eləcə də firma blanklarının çapı da şirkətimiz tərəfindən həyata keçirilir.